Xəbərlər‎ > ‎

Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçirilməsinin vaxtı müəyyən olunub

22 Eki 2014 07:09 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 22 Eki 2014 07:10 güncellendi ]
    Azərbaycanda növbəti bələdiyyə seçkiləri dekabr ayının 23-də keçiriləcək. Bu barədə qərar dünən Mərkəzi Seçki Komissiyasında keçirilən iclasda qəbul olunub.

    Xatırladaq ki, Seçki Məcəlləsinə əsasən bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir. Qanunla seçki səsvermə gününə azı 60 gün qalmış elan olunmalıdır. Bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər. Onların səlahiyyət müddəti 5 ildir.
    Xatırladaq ki, Azərbaycanda son bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilib.