Xəbərlər‎ > ‎

MSK-da seçkilərlə bağlı işçi qrupu yaradılıb

22 Eki 2014 07:15 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 22 Eki 2014 07:15 güncellendi ]


    23 dekabra təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasının nəzdində işçi qrupunun yaradılması ilə bağlı qərar qəbul edilib. 

    Adalet.az-ın məlumatına görə, MSK sədri Məzahir Pənahovun qərarında aşağıdakı göstərişlər öz əksini tapıb:

 "1. 23 dekabr 2014-cü il ilə təyin edilmiş bələdiyyə seçkilərində namizədliyin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin və Azərbaycan Respublikası Hesablama Palatasının mütəxəssisləri sırasından ekspertlərdən ibarət işçi qrupu yaradılsın.

2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü İlham Sabir oğlu Məmmədov işçi qrupunun rəhbəri təyin edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir”.