Xəbərlər‎ > ‎

YAP-ın namizədləri hazırdır

22 Eki 2014 07:18 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 22 Eki 2014 07:18 güncellendi ]

    Yeni Azərbaycan Partiyasını (YAP) bələdiyyə seçkilərində təmsil edəcək bütün namizədlərin və səlahiyyətli nümayəndələrin siyahısı hazırlanıb. 

    Adalet.az-ın verdiyi məlumata görə, bunu açıqlamasında hakim partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, partiyada dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlıq gedir: "Artıq YAP-ın namizədlərinin və səlahiyyətli nümayəndələrinin siyahısı hazırlanıb. Bu həftənin sonunda isə patiyanın İdarə Heyətinin toplantısı keçiriləcək. Toplantıda namizədlərin irəli sürülməsi, səlahiyyətli nümayəndələrin təyin olunması məsələləri öz həllini tam tapacaq”.
    S.Novruzov qeyd edib ki, YAP bütün bələdiyyələr üzrə namizədlərini irəli sürəcək: "Hazırda bununla bağlı lazım olan sənədləşmə işləri həyata keçirilir. YAP bələdiyyə seçkiləri ilə bağlı əvvəlcədən hazırlıq işlərini görmüşdü. Yerlərdə seçki qərargahları yaradılmışdı. Artıq namizədlərin də hamısı müəyyənləşib”.
    Qeyd edək ki, MSK bələdiyyə seçkisinin dekabrın 23-də keçirilməsi barədə qərar verib. Seçkilər 1607 bələdiyyələrdə keçiriləcək.