Xəbərlər‎ > ‎

Şəkidə arxlar bərpa olunur

22 Kas 2014 05:53 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 22 Kas 2014 05:53 güncellendi ]
Hər il payiz fəslində yağıntının çox olması arxların dolub daşması, bəzən də evlərin su basması ilə nəticələnirdi. Amma bu il Şəki Şəhər İcra Hakimiyyətinin sifarişi ilə Şəkinin bəzi küçələrində arxların təmir olunması və bəzi yerlərdə bərpa edilməsi bu problemin həll olunması yolunda atılmış bir addım olub. İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsindən verilən məlumata görə, artıq 12 küçədə arxların təmir-bərpa işləri yekunlaşıb. Hazırda Mikayıl Müşfiq və Könül Qəhrəmanova küçələrində işlər aparılır. Ümumlikdə isə bu il şəhərdə 3200 metr uzunluğunda suötürücü çəkilib. Ilin sonuna qədər digər mərkəzi küçələrdə də təmir-bərpa işləri davam etdiriliəcək.
Mənbə: Kanal S