Xəbərlər‎ > ‎

Şəkidə polis əməkdaşlarının məktəblilərlə görüşü (video)

22 Kas 2014 05:59 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 22 Kas 2014 05:59 güncellendi ]
        Şəki Şəhər Rayon Polis Şöbəsi, Şəki Şəhər Təhsil Şöbəsi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşları Şəkinin Baltalı kəndində məktəblilərlə görüşüb. 
        
        Görüşdə narkomaniya və dini radikalizmə meyillilik və erkən nikahların səbəblərindən danışılıb. Bu kimi hallara qarşı mübarizədə hüquq-mühafizə orqanları ilə yanaşı, sadə vətəndaşların da əhəmiyyətli rol oynadığı diqqətə çatdırılıb. Yeniyetmələrin daha tez təsir altına düşdüyü və bu zərərli tendensiyalara uymamaq üçün valideynlərlə yanaşı, müəllimlərin də üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb. Eləcə də, məktəblilərə yol hərəkətinin təşkili qaydaları ilə bağlı çıxışlar edilib. Belə tədbirlərin mütəmadi olaraq bütün məktəblərdə təşkil ediləcəyi nəzərdə tutulub. 
Mənbə: Kanal S