Xəbərlər‎ > ‎

Bələdiyyə seçkilərinə YAP Şəki təşkilatı və onun Qadınlar Şurası xətti ilə ciddi hazırlıq işləri aparılır

22 Ara 2014 01:40 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 22 Ara 2014 01:50 güncellendi ]
        
Sabah - 23 dekabr 2014-cü il tarixdə keçiriləcək Bələdiyyə seçkilərinə YAP Şəki təşkilatı və onun Qadınlar Şurası xətti ilə ciddi hazırlıq işləri aparılır.


        Tədbirdə YAP Suraxanı Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva və Nizami rayon YAP Qadınlar Şurasının sədri Sevda Abdullayeva iştirak edirdilər.
        Tədbiri giriş sözü ilə YAP Şəki təşkilatı Qadınlar Şurasının sədri Zərinə Cavadova açaraq qarşıdan gələn Bələdiyyə seçkilərinə YAP Şəki təşkilatında gedən hazırlıq işləri,o cümlədən Qadınlar Şurası tərəfindən aparılan işlərdən ətraflı danışdı.
        Sonra YAP Suraxanı Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva və YAP Nizami rayon Qadınlar Şurasının sədri Sevda Abdullayeva çıxış edərək respublikamızda Bələdiyyə seçkilərinə hazırlıq işlərinin gedişi və qarşıda duran vəzifələrdən danışmaqla seçkilərdə qadınların həlledici mövqe tutduğunu bildirdilər.
        
Məruzələr ətrafında çıxışlarda YAP Şəki təşkilatı İdarə Heyətinin üzvü,Şəki Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova, Şəki Bələdiyyəsi sədrinin birinci müavini Gülnaz Salamova, Qarışıq Tipli İnternat məktəbin müdiri Nurlana İbadullayeva, Şəki Xan Sarayı kompleksinin müdiri Təranə Abdullayeva, Müəllimlər İnstitutunun Şəki filialının müəllimi Səadət Feyzullayeva, Şəki 4 saylı musiqi məktəbinin müdiri Şəmsiyyət Əsgərova qarşıdan gələn seçkilərdə qadınlarımızın təbliğat və təşviqat kompaniyasında iştirak edəcəklərini, YAP tərəfindən namizədliyi irəli sürülmüş şəxslərin qələbəsinə nail olmaq üçün səfərbər olacaqlarını bildirdilər.
Mənbə: YAP şəki Təşkilatı