Xəbərlər‎ > ‎

Şəkidə 17 saylı uşaq bağçasının təmiri başa çatdı

22 Ara 2014 02:10 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 22 Ara 2014 10:31 güncellendi ]

        
Bu gün - dekabrın 22-də Şəkidə 17 saylı uşaq bağçasının təmirdən sonra açılışı olub. 

        Açılış mzrasimində rayon rəhbərliyi, şəhər ictimaiyyəti, uşaqlar və valideynlər iştirak edib. 17 saylı uşaq bağçası qapılarını yenidən balacaların üzünə açıb. Ötən ildən təmirə dayandırılmış bağça artıq müasir tələblərə cavab verir. Burada uşaqlar üçün oyun zalı, musiqi zalı, yeməkxana və uşaqların rahatlığını tam təmin etmək üçün hər bir şərait yaradılıb. Soyuq qış aylarında müəssisənin istiliklə təmin etmək məqsədilə müasir qazanxana sistemi yaradılıb.Qeyd edək ki, bağçada 100 uşaq tərbiyə alır. Uşaqların təlim-tərbiyəsi ilə 10 tərbiyəçi-müəllim məşğul olur.