Xəbərlər‎ > ‎

Qoxmuq kənd orta məktəbinin 130 illiyi qeyd olunub (video)

22 Ara 2014 02:19 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 22 Ara 2014 02:23 güncellendi ]
        Qoxmuq kənd orta məktəbinin yubiley mərasimində məktəb kollektivi, kənd rəhbərliyi və rayon ziyalıları iştirak edib. 

        Çıxışlarda bildirilib ki, məktəbin 112 nəfər müəllim və 800-dən artıq şagirdi var. Məktəb bu vaxta kimi ölkəmizin iqtisadi-siyasi həyatında fəal rol oynayan ziyalılar yetişdirib. İlk dəfə yubileyi qeyd edilən məktəbin tarixi, keçdiyi inkişaf yolundan danışılıb. Həmçinin 850 şagird yerlik yeni məktəb binasının arıtq tikilməsi və növbəti ildən istifadəyə verilməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Məktəbin açılışının yubileyə təsadüf etməsi kənd sakinlərinin sevincinə səbəb olub. Bu cür tədbirlərin bundan sonra yeni məktəb binasında mütəmadi olaraq keçirilməsi vurğulanıb.
Mənbə: Kanal S