Xəbərlər‎ > ‎

Şəki ipək kombinatında pambıq əyrici sexin istehsal prosesi (video)

23 Oca 2015 04:00 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 23 Oca 2015 04:01 güncellendi ]
        Şəki İpək Kombinatı yalnız öz kəlağayıları və ipək parçaları ilə məşhur deyil. Müəssisənin tərkibində fəaliyyət göstərən pambıq əyrici sexin məhsulları artıq xarici bazarlarda özünə alıcı toplaya bilib. Əməkdaşlarımız həmin sexdə olub və məhsulun istehsal prosesini izləyib.

        Şəki İpək Kombinatının Pambıq əyrici sexinin illik istehsal gücü 3 min tona yaxındır. Ölkənin əsas pambıqçılıq rayonlarından gətirilmiş xam mahlıc burada pambıq ipliyə çevrilir.

        Xammalın çox az bir hissəsi itkiyə gedir. Onun təxminən 80 faizi hazır ipliyə çevrilir. Bu, ildə 2700 ton hazır məhsul deməkdir. Bir gün ərzində isə sexdə 8-9 ton pambıq ip əldə etmək mümkündür. Əldə olunan yüksək keyfiyyətli məhsulun demək olar ki, hamısı xarici bazarlara çıxarılır.
        Sexdəki avadanlıqlar Almaniya istehsalıdır. Hazırda burda 100 nəfər işçi çalışır. Sutka ərzində sexin fasiləsiz fəaliyyətini təmin etmək üçün onlar 3 növbədə işləyir. Qeyd edək ki, Şəki İpək kombinatının tərkibində pambıq əyrici sex 2005-ci ildən sonra fəaliyyətə başlayıb.

Mənbə: Kanal S