Xəbərlər‎ > ‎

Şəkinin qızlardan ibarət futbol komandası Azərbaycan çempionatında uğurla çıxış edir (video)

23 Oca 2015 04:42 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 23 Oca 2015 04:45 güncellendi ]
        
Çempionatda 3 yaş qrupunda təmsil olunan Şəki komandası, bir yaş qrupunda pley-offa vəsiqə qazanıb.


        16 yaşlı qızlardan ibarət komanda zona yarışlarının başa çatmasına bir tur qalmış artıq çempionatın pley-off mərhələsinə vəsiqə qazanıb. Hazırda futbolçular qrupda 3-cü yerdə qərarlaşıb. Yanvarın 24-də isə zəif cinsin nümayəndələri çempionatın son turunda İmişli komandası ilə ikinci yer uğrunda mübarizə aparacaq. İdmançılar həmin görüşdə qələbə qazanacağı təqdirdə Respublika çempionatına vəsiqəni təmin edəcəklər. Qeyd edək ki, AFFA-nın təşkilatçılığı ilə şimal-qərb zonasında 8 komanda mübarizə aparır. 13 yaşlı qızlardan ibarət komanda da çempionatda uğurla çıxış edir. Hazırda onların çempionatı davam edir. Şəkililər 16 komanda arasında 5-ci sıradadır.
Mənbə: Kanal S