Xəbərlər‎ > ‎

Şəkidə axşam saatlarında sərnişindaşımada çətinlik (video)

23 Oca 2015 04:45 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 23 Oca 2015 04:46 güncellendi ]
        Axşam saatlarında işdən evə qayıdanlar evə getməkdə çətinlik çəkirlər. Çünki Şəkidə axşam düşən kimi şəhərdaxili avtobuslar işləmir. Məcbur qalan sakinlər ya taksi ilə gedir, yada ki piyada...

        Axşam saat 7-dən sonra Şəkidə bəzi marşurut avtobuslarını tapmaq müşkülə çevrilir. Avtobuslar ya müəyyən edilmiş marşurut xəttinini yarıya kimi gedir, ya da axşam saatlarında ümumiyyətlə işləmir. Bu isə avtobus dayanacaqlarında gözləyən sərnişinlərin haqlı narazılığına səbəb olur.
        Halbuki, şəhərdaxili avtobuslar Nəqliyyat nazirliyinin iş qrafikinə uyğun olaraq səhər saat 7-dən axşam saat 8-ə kimi işləməlidir. Avtobus sürücüləri isə bunu sərnişinlərin az olması ilə əlaqələndirir və onlara bu yolu getməyin sərf etmədiyini bildirirlər.
        Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəki Regional Şöbəsindən isə məsələ ilə bağlı şikayətlərin daxil olmadığını bildirirlər. Bu cür hallarla rastlaşan zaman sakinlərin idarəyə məlumat vermələri xahiş olunur. Bəzi avtobus sürücüləri isə axşam saat 8-dək işləməli olduğunu belə bilmir. Odur ki, bu cür hallara qarşı tədbirlərin görülməsi labüddür.
Mənbə: Kanal S