Xəbərlər‎ > ‎

Şəkidə cinayətkar dəstənin üzvləri saxlanılıb (video)

23 Oca 2015 07:51 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 23 Oca 2015 07:53 güncellendi ]
        3 nəfərdən ibarət dəstə 19 yanvar 2015-ci il tarixdə saat 20 radələrində Şəki şəhər Heydər Əliyev prospektində ətrafdakı şəxslərə məhəl qoymayaraq ucadan nalayiq ifadələr işlədiblər. Bu vaxt küçədəki mağazaya daxil olmaq istəyən Zamanov Akif Əlibəy oğluna qarşı zor tətbiq edərək, onun bədəninin müxrtəlif yerlərinə xəsarət yetiriblər. Həmin vaxt ərazidən keçən mülki geyimdə olan Şəki Şəhər Rayon Polis şöbəsinin PPX-nin polis nəfəri Səmədov Famil İxtiyar oğlu həmin şəxslərə yaxınlaşaraq xidməti vəsiqəsini göstərib və onları sakitliyə riayət etməyə çağırıb. Bundan qəzəblənən cinayətkarlar, polis nəfərinə hucum edib, sonuncunu yumruq və təpiklə döyüb, sifət və baş nahiyyəsinə xəsarət yetiriblər. Saxlanılanlar - Natiq Rəhimov, Vüsal BaqıyevFuad Babayev tutduqları əməldən peşiman olduqlarını, həmin vaxt spirtli içki qəbul etdiklərini bildiriblər. Qeyd edək ki, Natiq Rəhimov, Vüsal Baqıyev əvvələr də iki dəfə məhkumluq həyatı yaşayıblar.
Mənbə: Kanal S