Xəbərlər‎ > ‎

Mədəniyyət və Turizm Nazirliyi iki şəkili aktyoru təltif edib

23 Oca 2015 08:04 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 23 Oca 2015 08:06 güncellendi ]
        Mədəniyyət və Turizm Nazirliyi Şəki Dövlət Dram Teatrının 2 əməkdaşını təltif edib. Teatrın aktyorları aktyorları Xanlar Həşimzadə və Oqtay Əhmədov 60 illik yubileyləri münasibətilə mükafatlandırılıb. 

        Xanlar Həşimzadə müxtəlif illərdə Şəki Dövlət Dram Teatrında Şekspirin “Kral Lir” faciəsində Fransız Kral, Axundzadənin “Hacı Qara”sında Hacı Qara, “Lənkəran xanın vəziri”ndə Mehtər Kərim, Hüseyn Cavidin “İblis”ində İxtiyar və digər obrazlar yaradıb. Şəki Dövlət Dram Teatrının təltif edilən digər aktyoru Oqtay Əhmədov isə Şekspirin "Romeo və Culyetta" əsərində Əczaçı, Brextin "Arturo Uinin karyerası"nda Ölüm, Vannusun "Şah ya qeyrisi, şah elə şahdır" tamaşasında Təlxək və s. obrazları ilə yadda qalıb.
Mənbə: Kanal S