Xəbərlər‎ > ‎

Türkiyə kanalında Şəki haqqında

24 Tem 2016 05:10 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 24 Tem 2016 05:23 güncellendi ]
“Ermənilər öz adına çıxandan sonra bütün müğənnilərimiz “Sarı gəlin” oxumağa başladı”

        “Azerbaycandan Olduğu gibi” adlı proqram ötən ildən etibarən Türkiyə kanallarının birində yayımlanır.





        Qafqaznews.az bildirir ki,verlişin layihə rəhbəri Şəbnəm Naibli verliş haqqında bu fikirləri səsləndirib:
        
“Qardaş ölkənin “Bahartürk“ telekanalında bir sezon yayımlandı. Verlişimizdə ikinci sezona başladıq. Yay boyunca istirahət etmədən yeni sezonun cəkilişlərini etdik. 2016-cı il Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş Şəki Şəhərində çəkilişlər etdik. Biz bəzi yerli dırnaqarası aparıcılarımız kimi efirdə özümüzü göstərib sponsor axtarmaq və yaxud şan-şöhrət arxasınca qacmaq üçün çıxmırıq. Bəzi layihə rəhbərləri kimi bayağı, qalmaqallı verlişlərlə reyting dalınca qacmırıq. Başqa bir ölkədə Azərbaycanın milli mətbəxini, adət – ənənəsini, mədəniyyətini, tarixini,tarixi abidələrini,ziyalı şəxslərini,zəhmətkeş
insanlarını,qədim kəndlərini, rayonlarını,qəhrəman oğullarını olduğu kimi tanıdırıq. Bəzən çətinliklərlə üzləşsək də yorulmuruq, dayanmırıq,ruhdan düşmürük və işimizin öhdəsindən layiqincə gəlirik. Biz tariximizə sahib çıxmalıyıq, bacardığımız qədər qorumalıyıq. Ermənilər hər gün bizim olan nələrisə oğurlayıb öz adına çıxır. “Sarı gəlin” mahnımız heç kimsənin yadına düşmürdü. Erməni öz adına çıxandan sonra bütün müğənnilərimiz “Sarı gəlin”i oxumağa başladı. Niyə? Ondan əvvəl kiminsə yadına düşmürdü? Biz öz verlişimizdə ölkəmizin regionlarını,r ayonlarını qarış -qarış gəzib tariximizi bizim olan hər şeyi göstəririk ki, bu bizimdir. Hər bir Azərbaycan vətəndaşının borcudur ki, Vətəninə, milli dəyərlərinə, tarixinə, mentalitetinə sahib çıxsın”.
Qafqaznews.az