Xəbərlər‎ > ‎

Şəki Bələdiyyəsində Qurban bayramı qeyd olundu

24 Eyl 2015 03:46 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 24 Eyl 2015 03:48 güncellendi ]
        Bu gün Şəki Bələdiyyəsində Müqəddəs Qurban bayramı münasibəti ilə yığıncaq keçirildi.

        Bələdiyyənin sədri Elşad İbadov,
sədrin birinci müavini Ehtibar Nuriyev kollektiv üzvlərini bayram münasibəti ilə təbrik etdilər.
        Sonra iclasda qərara alındı ki, sabah bələdiyyənin kollektivi Şəkidəki 1 və 2 saylı uşaq evlərindəki körpələri ziyarət edib, onları da Qurban bayramı münasibəti ilə təbrik etsinlər. Uşaq evlərində qurban kəsmək və eyni zamanda musiqili-əyləncəli proqram təşkil etmək nəzərdə tutulur.
Şəki Bələdiyyəsi
İctimaiyyətlə əlaqələr şöbəsi