Xəbərlər‎ > ‎

Şəkidə “Yerli demoktariya həftəsi”

24 Eki 2015 00:55 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 24 Eki 2015 00:56 güncellendi ]
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin dəstəyi və milli assosiasiyaların təşkilatçılığı ilə 2007-ci il noyabrın 5-dən 11-dək Azərbaycanda ilk dəfə “Yerli demokratiya həftəsi” keçirildi. Və o vaxtdan hər il respublikamızda bələdiyyələrin fəaliyyətində özünü müsbət göstərən bu tədbir həm də bələdiyyə - vətəndaş münasibətlərində bir yaxınlığa səbəb olmuşdur.


        2015-ci ildə ölkəmizin bütün regionlarında olduğu kimi, oktyabr ayının 12-dən 18-dək Şəki Bələdiyyəsi də “Yerli demokratiya həftəsi”ni yaşadı. İlk olaraq oktyabrın 12-də Şəki Bələdiyyəsində şəhərin bir neçə məhəllə komitə sədrlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə toplantı keçirilmiş və tədbir iştirakçıları həftə ərzində görüləcək işlər barədə məlumatlandırılmışlar.
        “Yerli demokratiya həftəsi” çərçivəsində Şəki Bələdiyyəsi tərəfindən əhalini məlumatlandırmaq məqsədi ilə bələdiyyənin inzibati binasının qarşısında plakatlar yerləşdirilmiş, binanın birinci mərtəbəsindəki foyedə vətəndaşlardan daxil olan şikayət və təklif məzmunlu məktublar üçün qutu yerləşdirilmiş və bütün həftə “Açıq qapı” günləri elan edilmişdir. Eyni zamanda şəhərin bir sıra yerlərində “Yerli demokratiya həftəsində fəal iştirak edin”, “İnsan hüquqlqrı bələdiyyənin daha şəffaf fəaliyyətini şərtləndirir”, “Bələdiyyə - Vətəndaş, Vətəndaş Bələdiyyə əlaqələrini möhkəmləndirmək” kimi şüarlar yazılmış transparatlar asılmışdır. Şəhər sakinləri ilə operativ əlaqələrin tamın edilməsi məqsədi ilə “Qaynar xərr” telefonu xidməti təşkil edilmiş və həmin telefona olunan zənglər qeyd olunmuş və cavablandırılmışdır.
        
Oktyabrın 12-dən 18-dək Şəki Bələdiyyəsinin rəhbərliyi və üzvləri tərəfindən 147 nəfər vətəndaş qəbul edilib dinlənilmişdir. Eyni zamanda həftə ərzində bələdiyyə rəhbərliyinin şəhərin müxtəlif məhəllələrində əhali ilə görüşləri keçirilmişdir. Çələbixan, Nöyülbulaq, Primlər, Dağdibi, Dodu və Gəncəli məhəllərində keçirilmiş görüşlərdə ümumilikdə 937 nəfər şəhər sakini iştirak etmişdir. Bunlardan başqa, şəhərin yeni yaşayış massivlərində - 124-cü və 125-ci kvartallarında yaşayan sakinlərlə görüş keçirilmiş, onların əsasən yol, su və qaz problemlərinin həlli üçün müvafiq tədbirlər görülmüşdür.
        Onu da qeyd edək ki, Şəki Bələdiyyəsi seçicilər ilə əlaqəni möhkəmləndirmək, fəaliyyətində daim şəffaflığı təmin etmək məqsədi ilə hələ 2005-ci ildə Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi yaratmış, bələdiyyənin gördüyü işlər, həyata keçirdiyi tədbirlər barədə əhaliyə mütəmadi olaraq məlumat vermək üçün “Şəki Bələdiyyəsi” qəzetini təsis etmiş, özünün internet saytını açmışdır. 2015-ci ilin avqust ayında 10 yaşı tamam olan və hər ay 24 və ya 32 səhifə həcmində çap olunan “Şəki Bələdiyyəsi” qəzeti artıq regionda geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.
        Respublikamızda hər il keçirilən “Yerli demokratiya həftəsi” də Şəki Bələdiyyəsinin vətəndaşlarla əlaqələrin daha da səmərəli qurulmasına və möhkəmlənməsinə müsbət təsir göstərmişdir.
Şəki Bələdiyyəsi
İctimaiyyətlə əlaqələr şöbəsi