Xəbərlər‎ > ‎

Şəki şərab zavodunun fəaliyyəti (video)

23 Kas 2014 23:43 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 23 Kas 2014 23:44 güncellendi ]
        Şəki şərab zavodu bu il yerli sahibkarlardan 47 tondan artıq üzüm qəbul edib. Həmin xammaldan 30 ton hazır şərab əldə olunub. Hazırda məhsul qablaşdırılaraq satışa çıxarılması üçün hazırlanır. Artıq xarici bazarlardan təkliflər də var. Müəssisə Azərbaycanın şərabçılıq ənələrini davam etdirərək, keçmiş şöhrəti geri qaytarmaq niyyətindədir. Bunun üçün də satışa çıxarılan məhsulun qiymətinin ucuz olması deyil, keyfiyətin yüksək olmasına əsas götürülür. Qeyd edək ki, Şəki Şərab zavodu 2011-ci ildə istifadəyə verilib. Müəssisəsə ildə 3 min ton üzüm emal etmək gücünə malikdir.

Mənbə: Kanal S