Xəbərlər‎ > ‎

"Zaman-Azərbaycan"ın əməkdaşları Şəkidə

25 Şub 2015 10:36 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 25 Şub 2015 10:41 güncellendi ]
        Bu gün qardaş Türkiyənin Bakıda dərc olunan "Zaman-Azərbaycan" qəzetinin baş redaktoru Süleyman Ünal və qəzetin  əməkdaşları Şəkidə qonaq oldular.

        Qısa müddətli səfərdə qonaqlarla Şəkinin "Elit" Çay evində çay süfrəsi ətrafında görüşümüz baş tutdu.
        Görüşdə "Şəki bələdiyyəsi" qəzetinin baş redaktoru Murad Nəbibəyov və "Mədəniyyət qalası" qəzetinin baş redaktoru Yusif Rəhimov da iştirak edirdilər
        Söhbət əsnasında Xocalı soyqırımının qardaş Türkiyənin müxtəlif şəhərlərində anıldığı və Türkuyənin həmişə Azərbaycanın yanında olduğu vurğulandı.
        Bu günkü görüş bir daha Azərbaycan və Türkiyənin bir millətin iki dövləti olduunu sübut etdi.