Xəbərlər‎ > ‎

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti bələdiyyələrə məlumatı pulsuz vermir

25 Şub 2016 04:43 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 25 Şub 2016 04:44 güncellendi ]
        “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin yerli orqanların qarşılaşdığı problemləri və onların həlli yolları istiqmətində apardığı araşdırmalara görə, yerlərdə bələdiyyələrin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən narazılıqları yaranıb.

        Bu barədə məlumat İctimai birlikdən daxil olub. Birlikdən verilən məlumatda qeyd edilir ki, 01 yanvar 2015-ci ildən etibarən fizki şəxslərdən əmlak vergisnin toplanılması prezident sərəncamıyla yeni metodika üzrə aparılır. Əgər əvvəllər mənzilin inventar dəyərindən hesablanırdısa, bu gün artıq mənzillərin kvadratına görə, əmlak vergisi hesablanır. Bü gün bələdiyyələr ərazilərində olan əmlakın siyahısını, və ölçüsünü müəyyən etməkdə çətinliklə üzləşiblər.
        Əksər hallarda bir tərəfdən əmlakın kimə məxsus olmasını, digər tərəfdən həcminin müəyyən edilməsi mümkün olmur. İctimai birlikdən bildiriblər ki, bu işdə əsas dəstəyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti verməlidir. Belə ki, əsas məlumatlar məhz bu strukturda cəmləşib.
        Bələdiyyələrdən verilən məlumatlarda isə qeyd edilir ki, adıçəkilən sturktur bəzən bu məsələnin kommersiya sirri olduğunu, bəzən isə bunun üçün bələdiyyə tərəfdən xidmət haqqının ödənilməsini tələb edir.
        Məsələyə aydınlıq gətirən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qulu Xəlilov Belediyye.infoya açıqlamasında bildirib ki, istənilən halda məlumatın verilməsi bütün şəxslər üçün ödənişlidir.
        Bu tarifləri Tarif Şurası müəyyən edir. Rəsmi olaraq hər bir məlumatın dəqiqləşdirilməsi üçün 10 manat rüsum ödənilməlidir. Bir manat isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müyyən etdiyi qiymətdir.
        Adıçəkilən sturktur təsərrüfat hesablı olduğundan proses bu cür təşkil edilib.

Mənbə: Belediyye.info
24-02-2016 / 16:38