Xəbərlər‎ > ‎

Jurnalistlərə informasiya verməyən məmur 500 manatadək cərimələnəcək

25 Nis 2016 06:36 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 25 Nis 2016 06:43 güncellendi ]
        Jurnalistə informasiyanın verilməsi üzərinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

        Fakt-Araşdırma Təhlil saytı AZƏRTAC-a istinarən xəbər verib li, martın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsi jurnalist hüquqlarının pozulmasına görə də cəzalar nəzərdə tutur.
        Məcəllənin 382-ci maddəsinə görə, jurnalist sorğusuna qanunla müəyyən edilən müddətdə cavab verməyənlər 200 manatdan 300 manatadək cərimə ediləcəklər. Qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiya verilməsindən imtina edənlər daha çox – 300 manatdan 500 manatadək cərimələnəcəklər.
        
Yeni məcəllə «İnformasiya əldə edilməsi» haqqında qanunu pozan dövlət qurumlarının, onların vəzifəli şəxslərinin cəzalandırılması mexanizmini də ifadə edir. Məcəllənin 374-cü maddəsinə əsasən, ictimai məzmunlu bilgiləri qapalı tutan fiziki şəxslər 100 manatdan 150 manatadək, vəzifəli şəxslər isə 500 manatdan 700 manatadək cərimələnəcəklər. Bu halda hüquqi şəxsləri isə 1500 manatdan 2500 manatadək cərimə gözləyir.

        Hüquqları pozulanlar bunun üçün inzibati qaydada məhkəməyə müraciət etməlidirlər.
        Prezident İlham Əliyev fevralın 15-də yeni İnzibati Xətalar Məcəlləsini təsdiq edib. Məcəllə martın 1-dən qüvvəyə minəcək.

        Maddə 381. Kütləvi informasiya vasitələrinin yayılmasına mane olma Kütləvi informasiya vasitələri məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa və ya dövri mətbu nəşrin tirajının pərakəndə satışına qanunla nəzərdə tutulmayan məhdudiyyətlər qoyulmasına görə- fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

        Maddə 382. Jurnalistlərin hüquqlarının pozulması
                     382.1. Qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə- iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. 
                     382.2. Qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsi üzərinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. 

AZƏRTAC
Mənbə: Fakt-Araşdırma Təhlil. www.faktat.az
21.02.2016