Xəbərlər‎ > ‎

Firuz Mustafanın "Müqəvva"sı İstanbulda

25 Ağu 2016 01:28 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 25 Ağu 2016 01:46 güncellendi ]
Dünən - avqustun 24-də qardaş Türkiyənin paytaxtı İstanbulda tanınmış Azərbaycan yazıçı-dramaturqu, filosof Firuz Mustafanın “Müqəvva” pyesininin premyerası olmişdur. 








                              
Tamaşanın rejissoru hazırda 
yaradıcılıq işləri ilə bağlı Turan TT və İstanbul-Azərbaycan Kültür Evinin dəvətiylə İstanbulda olan, Azərbaycan Musiqili Teatrının aktyoru və Turan TT-nin rejissoru Elçin İmanovdur
        Mono tamaşa şəklində hazırlanmış pyesdə baş rolu Turan TT-nin rəhbəri Kəmalə Kamalqızı (Nəbibəyova) ifa etmişdir.
        Tamaşa İstanbul tamaşaçılarına Oda Teatrının səhnəsində təqdim olunmuşdur və hələ bir neçə gün də oynanılacaqdır.
        Xatırladaq ki, pyesdə kişilər tərəfindən xəyanətə məruz qalmış, tək yaşayan bir qadının saf sevgi axtararkən müqəvvaya yaranan məhəbbətindən bəhs edilir.