Xəbərlər‎ > ‎

Şəkidə abadlıq-quruculuq işləri davam etdirilir

25 Eyl 2015 10:41 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 25 Eyl 2015 10:42 güncellendi ]
        Bu işlər şəhərin tarixi görkəmini qorumaqla yanaşı, müasir standartlara uyğun şəkildə aparılır. 

        Hazırda abadlıq işləri Şəki şəhərinin şimal hissəsində aparılır. Kiş çayının sol sahilində, 11 min kv/m ərazi əvvəlcə tullantılardan təmizlənib və torpaq hissəsi hamarlaşdırılıb. İşlərə sentyabrın əvvəlində başlanılıb. Qısa müddət ərzində xeyli iş görülüb. Ətraf ərazinin yaşıllaşdırılacağı nəzərdə tutulur. Kiş çayının istinad divarlarının qarşısına torpaq tökülərək yaşıl təpəciklər yaradılacaq, dekorativ gül və ağac növləri əkiləcək. Şəki öz təbiəti və tarixiliyi ilə daim turistlərin diqqətini cəlb edib. Görülən işlər Şəkinin görkəmini müsbət mənada dəyişməklə yanaşı, qonaqlarda bu rayon barədə daha yaxşı təsəvvür formalaşdıracaq. İşlərin noyabrın sonlarında başa çatacağı gözlənilir.

        Aşağıdakı videoda Şəki Bələdiyyəsi sədrinin birinci müavini Etibar Nuriyev ətraflı məlumat verir.
Mənbə: Kanal S