Xəbərlər‎ > ‎

Aşağı Küngüt kəndində səyyar qəbul-görüş

25 Eki 2014 01:10 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 25 Eki 2014 01:10 güncellendi ]
    Oktyabrın 23-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Aşağı Küngüt kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əhatə etdiyi kəndlərin sakinləri ilə görüşmüşdür.

    Görüşdə başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, kənd sakinləri iştirak etmişlər.
    Görüşün əvvəlində rayonda aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışılmış, kəndlərin ərazisindəki həlli vacib məsələlərə toxunulmuşdur.
    Aşağı Küngüt kənd sakinləri Adil Bəkirli, Oktay Yunusov, Firudin Kərimov, Çapağan kənd sakinləri Natiq Kərimov, Bəylər Babayev və başqaları çıxış edərək Aşağı Küngüt kəndində yeni qazılmış subartezian quyusunun isifadəyə verilməsi və ərazidə iritutumlu su çəninin quraşdırılması, kənd tam orta məktəbinin əsaslı təmiri, “Dursunlar” məhəlləsində yeni artezian quyusunun qazılması, Çapağan kəndinə təbii qazın verilməsi, Çapağan kəndində yeni qazılmış subartezian quyusunun isifadəyə verilməsi və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
    Görüşdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.
Mənbə: sheki-ih.gov.az