Xəbərlər‎ > ‎

Dünən Şəkidə "Şəhər günü" keçirilmişdir

25 Eki 2014 01:18 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 25 Eki 2014 02:54 güncellendi ]
Bu il Şəkinin 2702 yaşı tamam olur

    Bu münasibətlə dünən - oktyabrın 23-də “Şəhər günü” bayram tədbirləri keçirilmişdir. Bayram tədbiri Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarət edilməsi ilə başlayıb. Şəhər rəhbərliyi, qonaqlar ümummilli liderin abidəsi önünə gül dəstələri qoyub, ona etiramlarını bildiriblər. 
    Tədbirlər “yay teatr”ında davam etdirilib. Burada Şəki ilə qardaşlaşmış şəhər olan Gürcüstanın Telavi şəhərinin mahnı və rəqs kollektivi çıxış edib. Qonaqların çıxışı böyük marağa səbəb olub.
    Xatırladaq ki, 2012-ci ildə Şəkinin 2700 illik yubileyi qeyd olunub və bundan sonra mütəmadi olaraq hər bu tədbirlər keçirilir. 
    Həmçinin 2014-cü il ərzində Şəkidə bir neçə beynəlxalq festival keçirilib. Bütün bunlar şəhərin tanıtımı üçün böyük əhəmiyyət daşıyır.Şəhər günü münasibəti ilə şəhərin ümumtəhsil və məkətəbəqədər təhsil müəsissələrində bir sıra tədbirlər keçirilib. Balacaların ifasında maraqlı rəqs nömrələri nümayiş etdirilib. Tədbirlər Şəki gənclər və idman idarəsinin təşkil etdiyi dəyirmi masa və konsert proqramı ilə davam etdirilib.