Xəbərlər‎ > ‎

Şəki ən böyük regional foruma ev sahibliyi edəcək

25 Kas 2014 09:48 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 25 Kas 2014 09:51 güncellendi ]
2014-cü il noyabrın 28-i 29-da Şəkidə Könüllülük üzrə Gənclərin Birinci Regional Forumu keçiriləcək

    Tezxəbər İnformasiya Portalının (tezxeber.com) verdiyi məlumata görə, Şəki şəhər İcra Hakimiyyəti, Mədəni İrsin Qorunmasına Dəstək İctimai Birliyi, Şəki Gənclər və İdman İdarəsi və YAP Şəki Təşkilatının təşkil etdiyi iki günlük forumda 240 gənc iştirak edəcək.
    Forum təşkilatçılarının bildirdiyinə görə, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllıdan gənclərin qatılacağı forum 3 paneldən ibarət olacaq.
    Ölkənin gənclər sektorunda fəaliyyət göstərən əsas təşkilatlarının rəhbərləri, aidiyyatı qurumların nümayəndələrinin iştirak edəcəyi forumda məqsəd region gənclərinə könüllülük prinsipini aşılamaqdır.
    Artıq son hazırlıq prosesi aparılan regional forum Şəkidəki Olimpiya Kompleksində keçiriləcək.
Dəvətlilərin qeydiyyatı elə forumun ilk günündə olacaq.
    Könüllülük üzrə Gənclərin Birinci Regional Forumunun informasiya tərəfdaşı "TX GROUP"-dur. Maraqlananlar forum barədə xəbərləri mütəmadi olaraq Tezxəbər İnformasiya Portalında əldə edə biləcəklər.
Lalə M.
Mənbə: tezxeber.com