Xəbərlər‎ > ‎

Rusiyada Azərbaycanlıların kütləvi məzarlığı tapılıb - Onları 3 günə öldürüblər (SİYAHI)

27 Mar 2016 01:17 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 27 Mar 2016 01:20 güncellendi ]
Qohumları tapılmasa, onlar qardaşlıq qəbiristanlığında dəfn ediləcəklər 







Səbuhi MƏMMƏDLİ,
Lent.az


        İkinci Dünya Müharibəsi zamanı Smolensk ətrafında döyüşlərdə həlak olan və indiyədək itkin düşmüş hesab edilən azərbaycanlılarla bağlı yeni məlumatlar əldə etmişik. Ümumrusiya Azərbaycanlıları Konqresi Moskva vilayəti üzrə regional şöbəsinin icraçı direktoru Şamil Tağıyevin Lent.az-a göndərdiyi sənədlərdə həmyerlilərimizlə bağlı daha təfərrüatlı məlumatlar yer alıb. Belə ki həmin sənədlərdə azərbaycanlı döyüşçülərin anadan olduğu yer, yaxın qohumları ilə bağlı qeydlər əks olunub. Bu məlumatlar bu adamların hazırda sağ qalan qohumlarına yardımçı olması üçün əvəzsiz sənədlərdir.
* * *
        İkinci Dünya Müharibəsi zamanı Smolensk ətrafında döyüşlərdə həlak olan bir neçə azərbaycanlı ilə bağlı məlumatlar tapılıb. Lent.az-ın məlumatına görə, bu barədə Ümumrusiya Azərbaycanlıları Konqresi Moskva vilayəti üzrə regional şöbəsinin icraçı direktoru Şamil Tağıyev bildirib.
        İcraçı direktorun bildirdiyinə görə, həmyerlilərimiz 1942-ci il 23-26 mart aralığında Smolensk vilayətinin Kuvşinovo-Pitomnik kəndi yaxınlığında gedən döyüşlərdə həlak olublar. Bu hadisədən keçən 74 il ərzində onlar itkin düşmüş sayılıblar: “Onlar haqda indiyədək heç bir məlumat olmayıb. “Rubej” Axtarış Birliyinin sədri Aleksandr Tumanov mənə zəng edib bildirdi ki, yeni arxivlər əldə ediblər və orada xeyli azərbaycanlının adı var.
        Aleksandr Tumanovun bildirdiyinə görə, hazırda həmyerlilərimizin cəsədlərinin qalıqları adbaad səliqəylə toplanıb. Biz həmin qalıqları Azərbaycana da göndərə bilərik. Əgər bu adamların yaxınları, qohumları sağdırlarsa, müraciət etsinlər. Düzdür, üstündə çox vaxt keçib, amma yenə də onların kimisə tapıla bilər”. Tumanovun dediyinə görə, qohumları tapılmasa belə, 9 may Qələbə Günü ərəfəsində onlar qardaşlıq qəbiristanlığında dəfn ediləcəklər.
        Biz, sizə həmin döyüşdə həlak olmuş həmyerlilərimizin siyahısını təqdim edirik. Siyahıda döyüşçünün adı, atasının adı və soyadıyla yanaşı, təvəllüdü və cəbhəyə hansı hərbi komissarlıqdan çağırılmasıyla bağlı qeydlər var. Onlardan kimsə sizin babanız, atanız, yaxın qohumunuz ola bilər.

        Sultanov Ağasuvar Xankişi oğlu, 1911, Əli Bayramlı şəhəri
        İsayev Əşir Kərim oğlu, 1913, Nuxa (Şəki)
        Əliyev Şükür, 1909, Əli Bayramlı
        Səfərov Məhəmməd Əli oğlu, 1908, Tərtər
        Süleymanov Əhməd, 1907
        Astanov Səməd, 1917, Tovuz rayonu
        Mayılov Qurbani Xudaş oğlu 1915, Yardımlı
        Mitayev Orucəli Orucəli oğlu 1907, Əli Bayramlı
        Məmmədov Süleyman Müslüm oğlu, 1908, Tovuz
        Abiyev Həbibi Qadjamoviç, 1913, Qusar
        Səfərov Əliqulu ,1909, Əli Bayramlı
        İzbəyov İbad, 1920
        Mustafayev Əli, 1914, Salyan rayonu
        Cabbarov Salah Abdul oğlu, 1920, Zəngilan rayonu
        Quliyev Ələkbər, 1905, Ağdam rayonu
        Bəşirov Asən, 1909, Əli Bayramlı
        Qədimov Qalib, Musa oğlu, 1915, Nuxa (Şəki)
        Ağəmmədov Həsən Haqverdi oğlu, 1916, Qax
        Quliyev Süleyman Məzi oğlu, 1902
        Quliyev Sərhəd, Əli Bayramlı
        Vəliyev Mehralı Ağabala oğlu, 1905, Nuxa (Şəki).

Mənbə: Lent.az,