Xəbərlər‎ > ‎

Şəki qonaqları nəğmə çələngi ilə qarşıladı

27 Nis 2016 10:37 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 27 Nis 2016 10:46 güncellendi ]
        2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilən Şəki şəhərində “Paytaxt ili”nə həsr olunan silsilə tədbirlər çərçivəsində bu gün yerli folklor və musiqi kollektivlərinin konserti təqdim edilib.

        AZƏRTAC xəbər verir ki, XVIII əsrin sonlarına aid tarixi-memarlıq abidəsi olan “Yuxarı Karvansara” mehmanxana kompleksinin həyətində təşkil edilən konserti şəhər rəhbərliyi, musiqisevərlər, həmçinin “Paytaxt ili”nin açılışı münasibətilə aprelin 28-də reallaşacaq tədbirlərdə iştirak etmək üçün Şəkiyə gələn türkdilli ölkələrin musiqi kollektivləri izləyiblər.
        Şəkinin “Zirvə” ansamblının və digər yerli musiqi kollektivlərinin təqdim etdikləri Azərbaycan və türkdilli xalqların mahnılarından ibarət nəğmə çələngi musiqisevərlər və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Mustafa DADAŞOV,