Xəbərlər‎ > ‎

Şəkidə “İpək Yolu” VII beynəlxalq musiqi festivalına start verildi

27 Haz 2016 10:08 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 27 Haz 2016 10:10 güncellendi ]
Bu gün axşam saat 20:00 radələrində VII ənənəvi Şəki 
“İpək Yolu” beynəlxalq musiqi festivalına start verildi.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı 2010-cu ildən ənənəvi olaraq hər il keçirilən Şəki “İpək Yolu” beynəlxalq musiqi festivalının açılış mərasimi Qədim Şəkinin qoruq ərazisində - Şəki Qalası yaxınlığındakı Yay teatrında keçirilir. 

Fotolar Vüqar İskəndərovundur.
Mənbə: Facebook.com