Xəbərlər‎ > ‎

Tanınmış tarzən Əbülfət Şəkili dünyasını dəyişib

27 Oca 2016 21:31 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 27 Oca 2016 21:34 güncellendi ]
        Şəki yetişdirdiyi daha bir sənətkarını itirib. Dünən - yanvarın 27-də Bakıda Əbülfət Şəkili adı ilə tanıdığımız tarzən Əbülfət Məmmədrəhimov dünyasını dəyişib.


        Tanınmış tarzən, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Əbülfət Məmmədrəhimov dünyasını dəyişib. Əslən Şəkidən olan musiqiçi bu gün Bakıda gözlərini əbədi olaraq yumub. 1952-ci ilin 10 yanvar tarixində Şəkidə dünyaya gələn Əbülfət Məmmədrəhimov yaşadığı illər ərzində sənəti ilə bir çoxlarının sevimlisinə çevrilib. Pərəstişkarlarının yaddaşında Əbülfət Şəkili kimi həkk olan sənətçi öz ifaları ilə musiqi sevərlərin rəğbətini qazana bilmişdi. Sənətkar elədə də digər musiqi alətlərinin mahir ifaçısı idi.
        Qeyd edək ki, Əbülfət Məmmədrəhimov ağciyər xərçəngindən əziyyət çəkirdi. 
        Mərhum bu gün saat 2-də Şəkidə torpağa tapşırılacaq.
Mənbə: Kanal S