Xəbərlər‎ > ‎

Tanınmış musiqiçi Şəkidə son mənzilə yola salındı (video)

28 Oca 2016 08:39 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 28 Oca 2016 08:40 güncellendi ]
        Ötən gün dünyasını dəyişən tanınmış tarzən Əbülfət Şəkili bu gün torpağa tapşırılıb. 
        Bir neçə gün öncə 64 yaşını qeyd edən sənətkar uzun sürən xəstəlikdən sonra vəfat edib.




        
        Şəkinin fəxrlərindən biri - Əbülfət Şəkili doğulub, boya-başa çatdığı yurdunda bu gün dəfn edildi. Sənət dostları, onu sevənlər, tələbələri və qohumlarının müşaiyəti ilə son mənzilə yola salındı.
        Dostları onun simasında Azərbaycan musiqisinin parlaq simalarından birini itirdiklərini bildirirlər. Hələ də sənətkarın ölümünə inanmadıqlarını, onun xatirələrdə əbədi yaşayacağını vurğulayıblar.
        Mərhum cənazə namazı qılındıqdan sonra şəhər qəbiristanlığında dəfn olunub. Xatırladaq ki, uzun müddət ağciyər xərçəngindən əziyyət çəkən tarzən Əbülfət Məmmədrəhimov Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının instrumental ansamblının solisti olub. 1952-ci ilin 10 yanvar tarixində Şəkidə dünyaya gələn Əbülfət Məmmədrəhimov yaşadığı illər ərzində sənəti ilə bir çoxlarının sevimlisinə çevrilmişdi. Allah rəhmət eləsin!
Mənbə: Kanal S