Xəbərlər‎ > ‎

Oxud kəndindəki şəhidlər xiyabanı bərpa olunub (video)

28 Nis 2015 05:16 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 28 Nis 2015 05:16 güncellendi ]
        
Fransanın Qəhrəmanı Əhmədiyyə Cəbrayılov və onun oğlu, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun uyuduğu bu məzarlıq rayon sakinlərinin ən çox ziyarət etdikləri məkanlardan biridir. 

        Oxud kənd şəhidlər xiyabanında təmir-bərpa və abadlıq işləri həyata keçirilib. Yeni işıqlandırma sistemi qurulub. Milli Qəhrəmanlar Əhmədiyyə və Mikayıl Cəbrayılovların abidələri təmir olunub. Görülən işlər Milli Qəhrəman Mikayıl Cəbrayılovun 65 illiyinə təsadüf edib. Hər iki qəhrəmanın keçdiyi şərəli ömür yolu həm də gənc nəsil üçün bir örnəkdir. Avropa Azərbaycan Cəmiyyəti Əhmədiyyə Cəbrayılovun xidmətlərini nəzərə alaraq onun bioqrafiyasını 5 dildə çap etmək qərarına gəlib. Qeyd edək ki, Fransa Müvaqimət Hərəkatının liderlərindən biri, Fransanın Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılovun oğlu Mikayıl Cəbrayılov 1990-cı ildə Xocalı yaxınlığında ermənilərlə atışmada şəhid olub. Polis əməkdaşı olan Mikayıl Cəbrayılov 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Mənbə: Kanal S