Xəbərlər‎ > ‎

Mirvari Qəhrəmanlı: “ARDNŞ-da struktur islahatları məcburidur, amma bu formada olmamalıdır”

28 Ara 2013 09:11 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 28 Ara 2013 09:11 güncellendi ]
ARDNŞ-da dekabrın 28-də Abşeron Qazma İdarəsinin ləğv olunması haqqında işçilərə məlumat verilib. Yanvar ayından daha bir neçə qurumun ləğvi nəzərdə tutulub. Bu qərara etiraz edən işçilər Prezident Adminstrasiyası önündə etiraz etmək istəyirlər.

 

Bu barədə "Deyerler.org"a məlumat verən Neftçilərin hüquqlarının müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib ki, neft şirkətində bu proses prezident seçkilərindən əvvəl başlayıb: “Sadəcə bundan ötrü hazırlıq gedirdi. Ernst & Young audit şirkəti ARDNŞ-da qiymətləndirmələr aparmışdı. ARDNŞ-da struktur islahatları məcburidur. Sadəcə bu formatda olmamalı idi. Əslində vəziyyəti bu günə salan da şirkət rəhbərliyinin özü olub. Biz hesabatlarımızda yazıb təklif edirdik ki, işçilərin sayı da azalmalıdır, artıq strukturlar əlavə olunmamalıdır. İndi isə bu formada islahatlar aparmağa məcbur qalıblar. Verilən əmr gizlin saxlanılır. Cəmiyyət üçün bu barədə məlumat bağlıdır. Bu ixtisarlar həm təhlükəsilik idarəsində, həm nəqliyyatda, həm Azneft İstehsalat Birliyində gedir. Amma buna ixtisar adının verilməməsi üçün deyilir ki, idarələr ləğv olur. Burada əmr düzgün tərtib olunmayıb. 2014-cü il yanvarın 1-də əmr verilir, yanvarın 14-də isə insanlar işdən çıxarılırlar. Bu isə insanlara bir daha basqıdır, təzyiqdir. Əgər bu proses ixtisar kimi qeydə alınsaydı, işçilər 2 ay əmək haqqı, bir ay kompensasiya, məşğulluq idarəinsdə isə 2 ay əmək haqqı alırlar. Yəni bu işçilər 5 ay pulsuz qalmırlar. Bu müddət ərzində onlar özlərinə iş də tapa bilərlər. Bu qərar ARDNŞ tərəfindən işçilərinə olan zərbədir”.


Mənbə: www.deyerler.org

URL: http://deyerler.org/185448-mirvari-qjhrjmanld-vardne-da-struktur-islahatlard-mjcburidur-amma-bu-formada-olmamaldddrv.html