Xəbərlər‎ > ‎

Şəki Bələdiyyəsi yeni tərkibdə ilk iclasını keçirdi

29 Oca 2015 03:24 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 29 Oca 2015 22:05 güncellendi ]
        Bu gün – yanvarın 29-da Şəki Bələdiyyəsi üzvlərinin ümumi yığıncağı keçirilmişdir.

        Toplantıda bələdiyyənin sədri və onun müavinləri seçilmişlər.

        Açıq səsvermə yolu ilə Şəki Bələdiyyəsinin sədri vəzifəsinə İbadov Elşad Sirac oğlu, sədrin birinci müavini vəzifəsinə Nuriyev Etibar Məsim oğlu, sədrin müavinləri vəzifələrinə isə Salamova Gülnaz Mustafa qızı və Həbibullayev Şirin Mövsüm oğlu seçilmişlər.

        İclasdan sonra bələdiyyənin yeni rəhbərliyi və üzvləri ümummilli lider Heydər Əliyevin Şəki Şəhər İcra Hakimiyyətinin qarşısındakı abidəsini ziyarət etmiş, abidənin önünə əklil və qərənfillər düzmüşlər.

Şəki Bələdiyyəsinin 
Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsi