Xəbərlər‎ > ‎

Şəki Bələdiyyəsinin sədr müavini AŞ Yerli və Regional Hakimiyyətlər Konqresinin 30-cu plenar sessiyasında iştirak edib

29 Mar 2016 11:47 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 21 Nis 2016 04:03 güncellendi ]
        Martın 22-24-də Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin “Yerli və regional səviyyədə etika və şəffaflıq” mövzusuna həsr edilmiş növbəti 30-cu plenar sessiyası keçirilib.

        Sessiyada Şəki Bələdiyyəsinin sədr müavini, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü Gülnaz Salamova da iştirak edib. Sessiyada müzakirə olunan məsələ ilə bağlı G.Salamova çıxış edərək aşağıdakıları toplandı iştirakşılarının nəzərinə çatdırmışdır:
         "Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioriteti olmuş və Azərbaycanın antikorrupsiya təcrübəsi regionda innoativ xarakteri ilə seçilmişdir. Belə ki, 10 il ərzində korrupsiyaya qarşı səmərəli mübarizə üçün beynəlxalq standartlara cavab verən qanunvericilik, ixtisaslaşmış institusional qanunlar, elektron hökumət infrastrukturu, Asan xidmət təcrübəsi və milli iqtisadiyyatımızı stimullaşdıran qanunlar qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, korrupsiya ilə mübarizədə yalnız inzibati üsullar kifayət etmir, iqtisadi şərtlər də əldə olmalıdır ki, korrupsiyaya imkan yaradan hallar aradan qaldırılsın, iqtisadiyyatın güclənməsinə töhfə versin. Azərbaycan prezidenti cənab İlham Əliyev bütün bunları düşünərək uzaqgörənliklə 2015-ci ildə bir neçə sərəncam imzalamışdır. Belə ki, 2015-ci ildə sahibkarlıq sahəsində aparılan yoxlamalrın 2 il müddətinə dayandırılması, lisenziyaların sayının azaldılması və verilmə prosesinin sadələşdirilməsi və. s. Bütün istiqamətdə aparılan antikorrupsiya islahatları iqtisadiyyatımızı məqsədyönlü kənar müdaxilədən qorumağa imkan vermişdir.
        Antikorrupsiya ilə əlaqədar islahatlar arasında Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan „Asan xidmət”-in xüsusi yeri var. Düşünülmüş siyasət, hər bir istiqamət üzrə düzgün addımların planlaşdırılması nəticəsində „Asan xidmət” bu gün Azərbaycanda uğurlu bir model kimi tanınır. Asan xidmət Azərbaycan brendidir. Dünyada belə xidmətlərə böyük ehtiyac var." 


        P.S. Gülnaz xanımın çıxışını bu https://vodmanager.coe.int/coe/webcast/coe/2016-03-22-2/en/3 linkdə izləmək olar (52-54-cü dəqiqələrdə).