Xəbərlər‎ > ‎

Anadolu Xalq Rəqsləri Ansamblının rəhbəri: "Xalqları musiqi ətrafında bir yerə toplamaq çox gözəldir"

29 Haz 2016 06:44 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 29 Haz 2016 06:45 güncellendi ]
        "Şəki tarixilik və mədəniyyət baxımından çox cəlbedici, füsunkar bir diyardır. Mən əvvəllər də bir neçə dəfə Azərbaycanda, paytaxt Bakıda olmuşam, türk xalqlarının festivalında iştirak etmişəm. Ancaq Şəkidə ilk dəfədir oluram."


        Bu fikirləri AZƏRTAC-a müsahibəsində Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalının iştirakçısı, Anadolu Xalq Rəqsləri Ansamblının rəhbəri Göksenin İleri bildirib.
        Tarixi İpək yolunun üzərində yerləşən, ayrı-ayrı ölkələr kimi görünən, ancaq eyni dildə danışan, eyni fikirlərə sahib olan, eyni mədəniyyətləri bölüşən xalqları musiqi ətrafında bir yerə toplamağın çox gözəl olduğunu vurğulayan festival iştirakçısı deyib: “Musiqi dünyası rəqssiz olmaz. Türk dünyasının mədəniyyət paytaxtı Şəkiyə Anadolu rəqslərini gətirmişik. Biz rəqslərimizlə tamaşaçıları bir anlıq Qara dəniz sahillərinə, Egeyə, İzmirə, Doğuya, məmləkətimizin digər bölgələrinə aparacağıq”.
        Şəkinin yumoru, şirniyyatı, mətbəxi ilə məşhur olduğunu öyrəndiyini vurğulayan Göksenin İleri bu diyarın, həm də, zəngin tarixə və mədəniyyətə malik olduğunu bildirib.

Mustafa DADAŞOV,
Şəki, 29 iyun,  AZƏRTAC