Xəbərlər‎ > ‎

Şəkidə yanğın hovuzlarının vəziyyəti (video)

29 Eki 2014 07:48 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 29 Eki 2014 07:49 güncellendi ]
    Yanğın hovuzları... İnsanların bir çoxu bu hovuzların nə məqsədlə tikildiyindən məlumatsızdır. Bu cür hovuzlar hələ ötən əsrin ikinci yarısında hər bir yaşayış binasının həyətində qurulub. Lakin bu gün bu hovuzların əksəriyyəti istifadəyə yararsızdır. Hazırda Şəkidə 100-dən çox bu cür hovuz var. Bir vaxtlar bu hovuzların suyundan yanğınlar baş verən zamanı istifadə olunardı. Ancaq indi bu hovuzların nəyəsə yaradığını demək çətindi. Su hovuzları əsasən, ictimai yaşayış binalarının yaxınlığında tikilib. Ancaq bir çox sakinlər bu hovuzların nə məqsədlə istifadə edildiyindən xəbərsizdirlər. Şəhərlə yanaşı, bir çox kəndlərdə də belə hovuzlar mövcuddur. Əlbəttə ki, yanğınsöndürənlər bu hovuzların heç də işə yaramadığı qənaətində deyillər. Şəki Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, rayon ərazisində olan bütün hovuzlar siyahıya alınacaq. Bu hovuzlarda müəyyən bərpa işləri aparılacaq və istifadəyə yararlı hala salınacaq.
Mənbə: Kanal S

Видео YouTube