Xəbərlər‎ > ‎

Şəkidə Könüllülük üzrə Gənclərin Birinci Regional Forumu keçirildi

29 Kas 2014 05:16 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 29 Kas 2014 05:28 güncellendi ]
        Şəki Olimpiya İdman Kompleksində Şəki Şəhər İcra Hakimiyyəti, YAP Şəki Təşkilatı, Şəki şəhər Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı, Mədəni İrsin Qorunmasına Dəstək İctimai Birliyinin dəstəyi ilə iki günlük Könüllülük üzrə Gənclərin I Regional Forumu keçirilmişdir.


        Dünən - noyabrın 28-də teleaparıcı Murad Həşimovun açılışını etdiyi forumun keçirilməsində əsas məqsəd “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın 6.5.9. - “Gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi” bəndinin icrasını təmin etmək, bu məqsədlə region üzrə aktiv gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da artırmaq, könüllülük işini inkişaf etdirmək, gənclərdən ibarət könüllü qruplar, onlar arasında aktiv şəbəkə yaratmaq və mövcud əlaqələri daha da genişləndirmək, həmçinin gəncləri ətraf mühitin qorunması tədbirlərində, QHT-lərin həyata keçirdiyi layihələrdə könüllü iştirak etməyə cəlb etməkdir.
        
Tədbirin keçirilməsi, həmçinin, gələn il Azərbaycanda birinci Avropa Oyunlarının baş tutacağı ərəfədə könüllülərə ehtiyacın yaranması zərurətindən irəli gəlir.
        Forumda Şəki şəhərinin, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarının gənclər və idman idarələrinin rəhbərlərinin və əməkdaşlarının, həmin şəhər və rayonları təmsil edən fəal gənclərin, gənclər təşkilatlarının üzvlərinin, respublikanın nüfuzlu gənclər təşkilatlarının rəhbərlərinin, həmçinin ictimaiyyətin nümayəndələri – ümumilikdə 300 nəfər iştirak edib.
        I paneldə ekspert qismində "Könüllülük nədir" mövzusunda aparılan müzakirələrdə Gənclər Fondunun rəsmi nümayəndəsi Orxan Ərəbov, "Etika Akademiyası"nın prezidenti Günel İbrahim və Azərbaycan Könüllülər İB-nin prezidenti İmaməddin Quliyev iştirak edib.
        
Forumun II panelində ("Regionda gənclərin sosial inkişafı və məşğulluğu") iştirakçılar Seymur Hüseynov (Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi), İmaməddin Quliyev (Azərbaycan Könüllülər İB-nin prezidenti) və Günel İbrahimə ("Etika Akademiyası"nın Prezidenti) suallar ünvanlayıblar.
        Panellərin moderatoru Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov olub.

* * *

        Bu gün - noyabrın 29-da 
"Könüllük Üzrə Gənclərin Birinci Regional Forumu"nun II gününə - "Gənclərin ətraf mühitin qorunmasında könüllü fəaliyyəti" mövzusu ilə start verildi. III panelin moderatoru Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov mövzuya giriş verərək, sözü panelin ekspertlərinə verdi. Öz növbəsində ekspertlər Günel İbrahim ("Etika Akademiyası"nın Prezidenti), Məzahir Əfəndiyev (BMT-nin Azərbaycan ofisinin Strateji Əməkdaşlıq üzrə müşaviri), Arzu
Mustafayev
(Şahdağ Milli Parkının Direktoru) forumun keçirilməsi və mövzu barəsində fikirlərini bildirdi , daha sonra forum iştirakçılarının sualları cavablandırıldı.

        Şəhərimizdə keçirilən Könüllülük üzrə Gənclərin I Regional Forumunun rəsmi informasiya tərəfdaşı TX GROUP-dur. Forumun xəbərləri mütəmadi olaraqTezxəbər İnformasiya Portalında yayınlanıb.

Lalə M.