Xəbərlər‎ > ‎

Şəkidə tez alışan materiallarla üzlənən binaların fasadlarının sökülməsinə başlanılıb (video)

30 May 2015 09:36 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 30 May 2015 09:41 güncellendi ]
        Paytaxda baş verən yanğından sonra dövlət başçısının tapşırığı ilə ölkə ərazisində tez alışan materiallarla üzlənən binaların fasadlarının sökülməsinə başlanılıb. 

        Şəki memarlıq şöbəsindən verilən məlumata əsasən, Şəkidə belə üzlüklü 5 bina var. Bunlardan sadəcə Olimpiya meydanında yerləşən 120-ci kvartalda yerləşən Əlillər üçün tikilən binanın üzlüyünün tez alışan maddədən olduğu dəqiqləşib və üzlüklərin sökülməsinə start verilib. Digər 4 bina Şəki Dövlət Dram Teatrı, Mərkəzi Xəstəxananın poliklinika şöbəsinin, Sarıca polis bölməsinin binası və İmtahan qeydiyyat bölməsinin binasıdır. Bu binaların üzlükləri ekspertiza üçün Bakıya göndərilib. Əgər üzlüklərin tez alışan maddədən olduğu təsdiqlənərsə, adı çəkilən binalarda da söküntü işləri aparılacaq.
Mənbə: Kanal S