Xəbərlər‎ > ‎

“Şimdi” ansamblının bədii rəhbəri: “İpək yolu” festivalında iştirakımızdan çox məmnunuq

30 Haz 2016 05:08 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 30 Haz 2016 05:13 güncellendi ]
        "Şəkidə keçirilən “İpək yolu” Beynəlxalq musiqi festivalında ilk dəfədir iştirak edirik. Festivala Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin dəvəti ilə qatılmışıq. Gözəl bir tarixi məkanda – Şəki xanlarının sarayının həyətində çıxış etməyimizdən çox məmnunuq."

        Bu sözləri Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalının iştirakçısı, Türkiyənin “Şimdi” ansamblının bədii rəhbəri Şirin Pancaroğlu AZƏRTAC-a müsahibəsində deyib.
        Konsertin repertuarına həm klassik, həm də müasir türk musiqisinə aid mahnı, qəsidə, təqsim və qəzəllərin daxil edildiyini bildirən ansamblın rəhbəri bu musiqilərin məqamlara əsaslandığını və qədim köklərə malik olduğunu vurğulayıb.
        Şirin Pancaroğlu 3 ilə yaxındır yaranan “Şimdi” ansamblının artıq dünyanın bir sıra ölkələrində, o cümlədən Çin, Sinqapur, ABŞ, Almaniya və nəhayət Azərbaycanda konsertlər verdiyini, cari ilin payızında isə Belçika və Hollandiyaya səfər edəcəklərini diqqətə çatdırıb.
Mustafa DADAŞOV
Şəki, 28 iyun, AZƏRTAC