Xəbərlər‎ > ‎

Türkiyəli musiqiçi: "Növbəti illərdə yenə də Şəkiyə gəlməyi, festivalda iştirak etməyi arzulayıram"

30 Haz 2016 07:21 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 30 Haz 2016 07:22 güncellendi ]
        “İpək yolu” Beynəlxalq musiqi festivalında ilk dəfə iştirak edirəm. Dünən Şəki şəhərinin tarixi yerləri, o cümlədən Xan sarayı ilə tanış olduq. Saray çox möhtəşəmdir. Sarayın şəbəkə pəncərələri bizi valeh etdi. Öyrəndik ki, həyətdəki yaşı beş yüzə çatan qoşa Xan çinarı abidəni təbii fəlakətlərdən, yağışdan, küləkdən qoruyur. Sarayla tanışlıqdan çox məmnunuq.

        AZƏRTAC xəbər verir ki, bu sözləri Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalında iştirak edən türkiyəli musiqiçi Hasan Tiryaki jurnalistlərə müsahibəsində deyib.
        Şəkinin mətbəxini çox bəyəndiyini, təbiətinə heyran qaldığını vurğulayan türk musiqiçi deyib: “Buranın insanları çox qonaqpərvərdirlər. Kiminlə rastlaşırıqsa, bizi salamlayır, hal-əhval tuturlar. Bu şəhərdə çox gözəl anlar keçirdik. Türkiyəyə qayıtdığımız zaman burada gördüklərimizdən ağızdolusu danışacam. Növbəti illərdə yenə də Şəkiyə gəlməyi, festivalda iştirak etməyi arzulayıram”.
Mustafa DADAŞOV
Şəki, 30 iyun, AZƏRTAC