Xəbərlər‎ > ‎

Şəkidə torpaqların elektron xəritəsi hazırlanır

30 Mar 2015 23:46 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 30 Mar 2015 23:46 güncellendi ]
        Bu gün kənd təsərrüfatı sahəsində ən vacib məsələlərdən biri torpaqlar barədə dəqiq məlumatların toplanılmasıdır. İndiyədək belə bir məlumat bazasının olmaması torpağın əkin-biçinə yararlı olub-olmamasını təyin etməyə imkan vermirdi. Ancaq bundan sonra kənd təsərrüfatı təyinatlı torpaqların kateqoriyası və münbitliyi kimi vacib amilləri dəqiq təyin etmək mümkün olacaq. Kənd təsərrüfatı təyinatlı torpaqların elektron kənd təsərrüfatı sisteminə keçidi fermerlərə işlərini daha yaxşı qurmağa imkan verəcək. Nəticədə məhsuldarlıq artacaq və təsərrüfatçılar daha yüksək gəlir əldə edə biləcəklər. Torpaqların elektron xəritəsinin hazırlanması əkinçiliyinin inkişafına stimul yaradacaq. Bu sistemin tətbiqi ilə torpaqların xüsusiyyəti, keyfiyyəti barədə əhatəli məlumat əldə etmək mümkün olacaq. Hər hansı ərazidə əkin-biçin aparmaq üçün əvvəlcədən torpağın məhsuldarlığı və digər xüsusiyyətlərini nəzərə almaq zəruridir. Bu amilin düzgün qiymətləndirilməməsi isə çəkilən xərcləri və zəhməti puça çıxaracaq. Qeyd edək ki, bu istiqamətdə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilib, qısa müddət ərzində əməli addımlar atılacaq.

Mənbə: Kanal S